6 Noyabr 2014 07:23
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəliblər.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, buna baxmayaraq, keçid dövründə ölkəyə başçılıq edəcək şəxsin adı açıqlanmayıb.

Bundan əvvəl dövlət başçısı səlahiyyətlərini üzərinə götürmüş polkovnik İsaak Zida hakimiyyəti mülki hökumətə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, Burkina-Fasoda nümayişlər 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Blez Kompaorenin prezidentlik müddətinin uzadılmasına etiraz olaraq başlamışdı.


Müəllif:

Oxşar xəbərlər