Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı kəskin artıb. Son 24 saat ərzində ölkədə daha 2 616 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, son sutka ərzində 26 nəfər pandemiyanın qurbanı olub.
Bu günədək Gürcüstanda 390 min 945 nəfər COVID-19 infeksiyasına yoluxub.
Onların 367 min 130-u sağalıb, 5 min 592-si isə vəfat edib.