21 İyul 2021 08:35
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti prezidenti Jovenel Moizin sui-qəsd yolu ilə öldürülməsinə görə həbs olunanların sayı 26 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Haiti Milli polisinin rəhbəri Leon Şarl mətbuat konfransında açıqlama verib.

“Respublika prezidenti Jovenel Moizin qətlinin istintaqı ilə əlaqədar daha üç nəfər tutulub”, - deyə qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, tutulanların arasında polis məmurları da var, daha 7 polis əməkdaşı isə təcridxanaya yerləşdirilib, ancaq onların həbsi barədə hələlik söhbət getmir.

Qeyd edək ki, bundan əvvəl sui-qəsdə görə cinayətkar qrupun 23 üzvünün tutulması barədə məlumat verilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər