21 İyul 2021 15:10
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Silahlı Qüvvələri Rusiyanın Kalininqrad bölgəsində qanadlı raketlərin yerləşdirilməsi ehtimalı ilə əlaqədar təlimlər keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu “The Daily Telegraph”a verdiyi müsahibədə Birləşmiş Krallıq Hərbi Hava Qüvvələrinin baş qərargah rəisi Maykl Uiqston deyib.

O, Rusiyanın sözügedən bölgədəki hərbi obyektləri və bazalarının yerləşdirilməsini öyrənəcəklərini bildirib.

Baş verənlərin “soyuq müharibə”ni xatırlatdığını söyləyən Uiqston qeyd edib ki, Rusiya tərəfindən Kalininqrad bölgəsinə yerləşdirilən qanadlı raketlər Böyük Britaniya ordusunun məhvetmə radiusu daxilində olacaq.

Onun sözlərinə görə, Britaniya məhz bununla əlaqədar olaraq təlimlər keçirmək niyyətindədir, bunun çərçivəsində təyyarələrin mülki aerodromlara və magistral yolların hissələrinə endirmək planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu