İŞİD-in öhdəsindən ancaq Çeçenistan lideri Ramzan Kadırov gələ bilər.
Publika.az xəbər verir ki, bu iddia ilə Rusiya hərbi kəşfiyyatının təqaüddə olan Generalı Nikolay Puşkaryov çıxış edib. General hesab edir ki, Ramzan Kadırov İŞİD lideri Əbu Bəkir əl-Bağdadini ələ keçirmək iqtidarındadır.
Qeyd edək ki, bir neçə gün öncə, Çeçenistan prezidenti də İŞİD liderini məhv etmək üçün tədbirlər görməyə başladığını açıqlayıb.
İŞİD-in Qərb kəşfiyyatı tərəfindən idarə olunduğunu deyən General qruplaşmanın Rusiyanın suverenliyi üçün də təhlükə olduğunu deyib.