21 İyul 2021 17:39
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunlarını Rusiya sərhədlərinə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada “Buk” zenit-raket kompleksləri döyüş qruplarının “ilhaq edilmiş” Krımla təmas xəttinə gəldikləri bildirilib.

Bu, hava hücumundan müdafiə bölmələrinin taktiki hazırlığı çərçivəsində həyata keçirilib. Bölgəyə göndərilən birliklər hərbi təlimdə iştirak edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu