6 Noyabr 2014 09:34
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirənin şimalında yerləşən Menufiye şəhərində qatarda yerləşdirilən saatlı bombanın işə düşməsi nəticəsində partlayış baş verib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayışda 2 polis həlak olub, 6-ı isə yaralanıb.

Rəsmilər bombanın qatarın stansiyada gözlədiyi an partladığını bildirirlər. Şahidlərin sözlərinə görə, son vaqonda şübhəli bağlamanı gördükdə sərnişinlərin qatarı tərk etməsi faciənin böyüməsinin qarşısını alıb.

Samir


Müəllif: