22 İyul 2021 00:23
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyon nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, iyulun 21-i üçün Afrikada koronavirusa 6 281 998 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 159 719 nəfəri vəfat edib, 5 513 426 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.


Müəllif: Teleqraf.com