22 İyul 2021 08:45
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Eskilstuna şəhəri yaxınlığındakı “Hellbi” cəzaçəkmə müəssisəsində iki məhbus həbsxana əməkdaşlarını girov götürüblər.

Teleqraf.com xəbər verir ki, onlar bir gün sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, çərşənbə günü günortadan sonra məhkumlar həbsxananın bloklarından birindəki təhlükəsizlik otağına girərək, oradakı bir kişi və bir qadın əməkdaşı girov götürüblər. Məhbuslar yerli hakimiyyət orqanından helikopter göndərmələrini və kameralardakı 20 nəfər üçün pizza gətirmələrini tələb ediblər.

Hər iki cinayətkar əvvəllər qətl törətməkdə günahlandırılıb.

“Hellbi” həbsxanasında 98 məhbus var. Bura İsveçin ən ciddi rejimli həbsxanasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər