22 İyul 2021 10:10
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xarici liderlərin və qohumlarının “qanunsuz gəlir” adlandırılan əmlaklarını mənsub olduqları ölkələrə qaytaracaq.

Teleqraf.com xəbər verir ki, Fransa parlamenti xarici liderlərin ələ keçirilən gəlirlərinin qaytarılması üçün mexanizm yaradan “Fransa inkişaf yardım islahatı” layihəsini qəbul edib.

Qanunsuz gəlirlər xarici liderlər və yaxınları tərəfindən şəxsi məqsədlər üçün mənimsənilmiş lüks daşınmaz əmlak, avtomobillər, saatlar və bank hesablarından ibarətdir.

Fransa Ali Məhkəməsi iyulun 28-də Ekvatorial Qvineyanın vitse-prezidenti Teodorin Obianqın həbsini və Fransadakı əmlakının müsadirə olunmasına dair hökmünü qüvvədə saxlasa, bu mexanizm konkret olaraq ilk dəfə həyata keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu