ABŞ və dünyanın ən məşhur 4 dərman sənayesi şirkəti opioid asılılığı böhranında rolları olmasına dair açılan məhkəmə prosesində 26 milyard dollar təzminat ödəməyi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu şirkətlərin siyahısında COVID-19 peyvəndini hazırlayan Johnson;Johnson şirkəti də var.
Bu şirkət 5 illik müddətdə 5 milyard dollar ödəməyi təklif edib.
Əgər məhkəmədə 4 şirkətlə razılaşma təklifi qəbul edilərsə, bu zaman federal və əyalət məhkəmələrində 4 min məhkəmə davası nəticə əldə etmiş olacaq.
Dörd əczaçılıq şirkətlərinin asılılıq riskini izah etmədən ağrıkəsici dərmanlar sataraq “opioid epidemiyasına” səbəb olduqları iddia olunur. Qeyd olunur ki, opioidlər bədəndə morfin kimi hərəkət edən kimyəvi maddələrdir.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin qeydlərinə görə, hər gün ortalama 130 amerikalı aşırı doz opioiddən həyatını itirir. 200-ci ildən bu yana opioiddən əlaqəli ölüm sayı 500 mini keçib.
Məhkəmə prosesində Nyu-Yorkun baş prokurorluğu L.James bildirib ki, 20 illik müddətdə dərman şirkətləri opiodid asılılığını körükləyib.
“Bu andan sonra ödəniləcək hər hansı bir təzminat opioiddən asılı olma səbəbindən həyatını itirən insanları geri qaytarmayacaq, amma gələcəkdə belə halların qarşısını almaq üçün bütün tədbirləri həyata keçirməliyik”,-Nyu-Yorkun baş prokuroru deyib.
Məhkəmə prosesində dərman şirkətlərindən McKesson, Cardinal Health və Amerisource Bergen ağrıkəsici tədarükü qanunsuz kanallara yönəldiyi zaman hərəkət etməməkdə günahlandırılır.
Bildirilir ki, 26 milyard dollar təzminatın əsas hissəsi opioid asılılığının müalicəsi və qarşısının alınması proqramlarında istifadə olunacaq.