İsrail hərbçilərinin Əl-Əqsa məscidinə müdaxiləsinə etiraz olaraq Türkiyədə bu gün axşam saatlarından başlayaraq aksiyalar keçirilir. Bir qrup insan İsrailin Türkiyədəki səfirliyinin önünə gələrək etirazlarını bildirirlər.
Türkiyə baş naziri Əhməd Davudoğlu milli təhlükəsizlik naziri Hakan Fidanla görüşdən sonra mətbuat konfransı keçirib.
Baş nazir İsrail əsgərlərinin əl-Əqsa məscidinə girməsinə sərt reaksiya verərək qeyd edib ki, müqəddəs məkanlara bu cür müdaxilə psilənməlidir: "Qüds sülh şəhəri olmalıdır, amma İsrail orada barbarlıq edir. Bütün dünya İsrailin bu hərəkətini pisləməlidir".
Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.
Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.
Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır
İsrail müsəlmanların Əl-Əqsa məscidinə girişini yasaqlayıb. Buna görə də, müsəlmanlar namazlarını küçədə qılmağa məcbur olublar.
Ayxan