Radikal “Taliban” hərəkatı Əfqanıstanın Tacikistanla sərhədinin 80 faizinə nəzarət edir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə “RİA Novosti”yə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindəki mənbə məlumat verib.
“Taliblərin Tacikistanla sərhədin bütün perimetrinə nəzarət etdiyi barədə informasiya həqiqətə uyğun deyil, onlar sərhədin 80 faizindən çoxuna nəzarət etmirlər”, - deyə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindəki mənbə bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Əfqanıstanın şimal əyalətlərinin ABŞ qoşunlarının ölkədən tələsik çıxarılması səbəbindən sürətlə yeni bir “qaynar nöqtəyə” çevrildiyini, taliblərin artıq Tacikistanla demək olar ki, bütün sərhədə nəzarət etdiyini, beynəlxalq terror təşkilatının ölkənin şimalında möhkəmləndiyini bildirmişdi.