22 İyul 2021 17:00
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yerasxdakı (Naxçıvanla sərhəd) atışma iki həftədən sonra bu istiqamətdə sərhədlərdə dəyişikliyin olacağı ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general Movses Akopyan açıqlama verib.

Onun sözlərinə görə, Yerasxdan sonra yeni bir gərginlik ocağı yaranacaq.

“Bu qaynar ocağın harada olacağını bilirəm, amma deyə bilmərəm, çünki rəsmilər düşmənə xidmət etdiyimi deyəcəklər”, - Akopyan bildirib.

O, yaxın vaxtlarda Naxçıvan istiqamətində gərginliyin bitəcəyini iddia edib:

“Yerasx istiqamətində gərginlik bitəcək, başqa bir yerdə başlayacaq. Sünikdə (Zəngəzur) daha mürəkkəb problemlər hələ də qalmaqdadır və nəticələr bizim üçün çox ağrılı olacaq. Nələrin baş verdiyini, harada və necə baş verdiyini anlamaq istəyirsinizsə, 9 noyabr və 11 yanvar tarixli sənədləri araşdırmalısınız. Bu gün onların həyata keçirilməsinin gedişatını müşahidə edirik”.

Erməni mətbuatında yaxın vaxtlarda Naxçıvanın işğal altında olan Kərki kəndinin geri veriləcəyi barədə iddia ortaya atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər