Almaniya Kansleri Angela Merkel ABŞ və ölkəsi arasında “Şimal axını 2” qaz kəməri ilə bağlı əldə olunmuş razılaşmanın Rusiya Prezidenti Vladimir Putinə hədiyyə olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə adından yayılmış iddianı təkzib edib.
“Məsələ müxtəlif ölkələr tərəfindən fərqli qiymətləndirilən layihə ilə bağlı güzəştə getmək üçün bir yol tapmaqdır”, - Merkel deyib.
O, Almaniya üçün Rusiya ilə münasibətlərin Ukrayna və ya Şərqi Avropa ölkələri ilə münasibətlərdən daha vacib olduğu fikrini də təkzib edib.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bundan əvvəl Vaşinqton və Berlin arasında “Şimal axını 2” qaz kəməri ilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb. Bu, Rusiya qazının Ukrayna üzərindən tranzitinin qarşısını alacaq həmlə hesab olunur.