Nigeriyada Türkiyənin Tərsan Dənizçilik şirkətinə məxsus kimyəvi məhsul daşıyan tanker piratların hücumuna məruz qalıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 14 ekipaj üzvündən ikisi quldurlar tərəfindən qaçırılıb.
Rəsmilər Basat adlı türk neft gəmisinin Kamerundan Fil Dişi sahillərinə getdiyini bildirirlər.
Yayılan məlumatlara görə, 8 nəfərlik quldur qrupu Türkiyə vətəndaşları olan Əmrah Samancıoğlu və Murat Yılmaz üçün fidyə istəyiblər.
Samir