6 Noyabr 2014 11:18
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın insansız hava təyyarələri Əl-Qaidə terror qruplaşmasının Yəməndəki qolu Ensaruş İordan təşkilatının hədəflərini bombalayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində təşkilatın 3 lideri öldürülüb. ABŞ tərəfi Nəbil Əz-Zəhəb, Şövqü El-Badani və Sanbehi Əl-Hubzi adlı terrorçuların məhv edildiyini təsdiqləyib.

Qeyd edək ki, 2013-cü ildən ABŞ-ın həyata keçirdiyi 35 hava hücumu nəticəsində 33 dinc sakin və 97 militan öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər