Macarıstan Prezidenti Viktor Orban tibb işçilərinin məcburi vaksinasiyası ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, Viktor Orban vaksin olunmayan səhiyyə işçilərinin işdən azad olunacağını açıqlayıb.
O bidlrib ki, ölkədə COVID-in dördüncü dalğası gözlənilir: “Əhalinin 55 faizi peyvənd olunsa da, 23 nəfərdə delta ştammı aşkarlanıb. Vaksin xəstəliyi ağır formada keçirməyinizin qarşısını alır. Hazırda 60 yaşdan yuxarı 85 faiz vətəndaşımız peyvənd olunub. Qalan 15 faizi peyvənd olunmağa razı salmaq isə tibb işçilərinin üzərinə düşür”.
Macarıstan prezidenti əlavə edib ki, dərs mövsümü açılmazdan əvvəl 12 yaşdan yuxarı uşaqlar da peyvənd olunacaq.
Qeyd edək ki, ölkədə 5 milyon 58 min nəfərə vaksinin birinci dozası, 5 milyon 340 min nəfərə isə ikinci dozası vurulub.
Bu günə qədər 810 min nəfərin virusa yoluxduğu Macarıstanda 30 mindən artıq şəxs dünyasını dəyişib.