25 İyul 2021 18:05
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanın iflic səbəbiylə hərəkətetmə qabiliyyətini tamamilə itirdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, İraq Kürd Muxtariyyətində yaşayan Osman Öcalanın oğlu Vəlad Osman atasının səhhətinin bir müddətdir pis olduğunu və beyin iflici səbəbiylə hərəkətetmə qabiliyyətini tamamilə itirdiyini söyləyib.

Atasının vegetativ hala düşdüyünü deyən Osman onun heç bir şeyə reaksiya verə bilmədiyinə diqqət çəkib.

Osman Öcalan son müsahibəsində Türkiyəyə dönmək istədiyini söyləmişdi: “Oraya qayıtdıqdan sonra yenidən siyasi fəaliyyətimə başlayacağam və o vaxta qədər aktiv siyasətdə iştirak etməyəcəyəm”.


Müəllif: Mənsur Rəğbətoğlu