Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin Baş nazir Mixail Mişustinin mübahisəli İturup adasına (Cənubi Kuril) səfəri ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Teleqraf.comk xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Yaponiya xarici işlər nazirinin müavini Takeo Mor Rusiya nümayəndəsi ilə görüşüb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato Mişustinin bu addımının Yaponiyanın Cənubi Kuril məsələsindəki tutarlı mövqeyi ilə ziddiyyət təşkil etdiyini və bunun məyusluq yaratdığını bildirib.
Mişustin mübahisəli ərazilərə bu gün gəlib, onun səfəri ayın 29-dək davam edəcək. Baş nazir ilk olaraq İturup adasına gəlib.
Qeyd edək ki, Yaponiya Kuril adalarını öz ərazisi hesab edir, Rusiya isə qonşusunun bu ərazilər üzərindəki suverenliyini tanımır. Moskva eyni zamanda ərazilərin mübahisəli olmadığını iddia edir.