27 İyul 2021 11:23
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstandan sonra İraqdakı hərbi qüvvələrini də bu ilin sonunadək çıxaracaq.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ağ Evdə İraq Baş naziri Mustafa əl-Kazımi ilə görüşündə ABŞ Prezidenti Co Bayden məlumat verib.

O, hərbi qüvvələrin çəkilməsindən sonra ABŞ-ın İraq ordusuna terrorizmlə mübarizə və təlimlərdə dəstək verməyə davam edəcəyini bildirib.

İlin sonuna qədər İraqda nə qədər ABŞ hərbi qüvvəsinin qalacağı sualını Bayden belə cavablandırıb:

“İraqda işlərin yaxşı getdiyinə inanıram. Bu vəziyyətdə İraqdakı rolumuz lazımi məqama hazır olmaq, yardımlar etmək, baş qaldırdıqda İŞİD-lə mübarizə şəklində olacaq. Amma ilin sonuna qədər hərbi missiyamız başa çatacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər