27 İyul 2021 12:40
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya Moskvanın Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət olaraq tanıması qarşılığında Krım məsələsi ilə əlaqədar müqavilə bağlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal Lenta.ru-ya açıqlamasında deyib.

Onun fikrincə, bunun müqabilində Türkiyə hava yolları Krıma birbaşa uçuşları bərpa edə bilər. Amma o, Krım və Kipr məsələlərində hər iki tərəfin mövcud ritorikası səbəbindən belə bir ssenarinin qeyri-real görünə biləcəyini də etiraf edib.

“Bununla belə, siyasətçilərin danışıqlardan sonra daha güclü mövqe nümayiş etdirmək üçün ritorikadan istifadə etdiyini unutmaq da lazım deyil”, - professor qeyd edib.

Eyni zamanda Ünal Türkiyənin Krımı Rusiya ərazisi kimi tanımasına ehtiyac olmadığını söyləyib: “Çünki onsuz da ora Rusiyanın bir hissəsidir və Rusiya mütləq Türkiyədən bunu tanımasını istəməyəcək".

Ünal bildirib ki, Rusiyanın da Şimali Kipri tezliklə tanımasına ehtiyac yoxdur: “Şimali Kiprlə birbaşa ticarətə başlamaq kifayətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər