27 İyul 2021 18:24
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Qurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

Burada həyatlarını itirmiş dinc sakinlərin ruhuna ehtiram əlaməti olaraq, dağıntılar olan əraziyə güllər düzüblər, dualar oxuyublar.

Qonaqlara Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri barədə məlumat verilib.

Qeyd edək ki, Numan Qurtulmuşun başçılıq etdiyi AKP nümayəndə heyəti daha sonra İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini də ziyarət edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər