İranın xüsusi xidmət orqanları İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın bir qrup silahlı agentini ölkənin qərb sərhədində saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu iddia İranın “Fars” agentliyinin yaydığı məlumatda yer alıb.
“Ölkənin qərbindəki sərhəd keçid məntəqəsində İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın agentləri ağır silah və sursatla saxlanılıb”, - məlumatda qeyd olunub.
Saxlanılan şəxslərin üzərindən tapança, qumbara, ov tüfəngləri və sursat tapıldığı qeyd olunub.