28 İyul 2021 08:45
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubunda Helmand əyalətində baş verən partlayış nəticəsində 2 polis ölüb, 4 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “1TV” kanalı təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Hadisə Ləşkərqax şəhərində polisin xidmət apardığı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.

Partlayıcı ilə yüklənmiş avtomobil nəzarət-buraxılış məntəqəsinə qədər irəliləyib və partladılıb.

Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.


Müəllif: Teleqraf.com