Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışları zamanı meydana gələn daşqınlar nəticəsində azı 16 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli icra orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, daşqınlar ştatın üç bölgəsinə ziyan vurub. Çamba bölgəsində 2, Kullu bölgəsində 4, Lahaul-Spitidə 10 nəfər ölüb.
Hindistanda musson mövsümü başlayıb. Leysan yağışlarının səbəb olduğu daşqınlar və bədbəxt hadisələr barədə məlumatlar ölkənin müxtəlif yerlərindən eşidilir. Ölkənin qərb ştatı olan Maharaştrada ötən həftə 190-dan çox insan ölüb.