29 İyul 2021 10:35
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsi yalnız Qarabağ problemi ilə məhdudlaşmır, çünki ölkələr arasındakı sərhədin digər hissələri də silahlı qarşıdurmanın mərkəzinə çevrilib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Rusiyalı ekspert 1990-cı illərdə Naxçıvan və sərhədlərin digər istiqamətlərində də gərginliyin olduğunu xatırladıb.

“İkinci Qarabağ müharibəsindən sonra sərhədlərin delimitasiyası və demarkasiyası, yaxud mövqelərin dəqiqləşdirilməsi məsələsi gündəmə gəldi. Nəticədə Sünik (Zəngəzur) də daxil olmaqla, digər istiqamətlərdə münasibətlər daha da mürəkkəbləşdi”, - Markedonov bildirib.

Delimitasiya və demarkasiya işlərinin hansı xəritələr üzrə aparılması məsələsinə gəldikdə, ekspert Sovet dövrünün - 1950-60-cı illərə aid iqtisadi və ya hərbi topoqrafik xəritələrini misal göstərib.

“Yalnız coğrafi və topoqrafik mülahizələr yox, həm də hərbi-siyasi fikirlər var. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda status-kvo köklü şəkildə dəyişdi. Ermənistan uduzan tərəfə çevrildi və Azərbaycan qaydaları diktə etməyə çalışır”, - Markedonov əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin məğlub tərəf kimi atdığı addımları anlamaq çətindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər