29 İyul 2021 10:17
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistanı sərhəddəki gərginliyi aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın açıqlamasında deyilib.

“ABŞ son vaxtlar Ermənistan-Azərbaycan sərhədlərində şiddətin artmasını qınayır. Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün təcili addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - Prays qeyd edib.

Onun sözlərinə görə, sərhəddə davam edən gərginliyi aradan qaldırmaq, eləcə də qalan bütün məsələləri çözəcək hərtərəfli həll yolu iki ölkə arasındakı münasibətləri normallaşdıra və bölgə sakinlərinin birlikdə dinc yaşamağına imkan verəcək.

Bundan əlavə, ABŞ Dövlət Departamenti Bakı və İrəvanı ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) himayəsi altında ən qısa müddətdə danışıqlara qayıtmağa çağırıb.

“ABŞ Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv müzakirələrə qayıtmağa çağırır”, - Prays qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu