Türkiyədə güclü meşə yanğınları baş verib.
Teleqraf.com xəbər verir ki, yanğın hələ də davam etməkdədir.
Antalyanın Manavgat əyalətində 82 yaşlı bir nəfər yanaraq ölüb.
Yanğınlar Antalya, Ankara, Mərsin, Osmaniyə, Adana, Kayseri və Hatay meşələrini əhatə edib. Yanğların qəsdən törədildiyi ehtimalı da var.
Ankaranın Polatlı səmtindəki Topçu və Raket Məktəbi Komandanlığının meşə sahəsi yanıb. Mühafizə qülləsindəki əsgərin yanğını görməsi sayəsində hadisəni törədən bir şübhəlinin PKK-çı olduğu aşkarlanıb.