ABŞ Prezidenti Co Bayden çıxışı zamanı iki keçmiş prezident Barak Obama və Donald Trampı bir-birinə qarışdırıb.
Teleqraf.com xəbər verir ki, Amerika liderinin öz səhvini “dil sürüşməsi” ilə izah etməsi sosial şəbəkədə lağa qoyulub.
2009-cu ilin yanvar ayında dönəmin ABŞ prezidenti Barak Obamanın köməkçisi olan Bayden çıxışında yanlışlıqla onun yerinə Trampın adını çəkib:
“2009-cu ildə böyük iqtisadi böhran dönəmində Prezident Tramp məndən bu məsələni həll etməyimi istədi. Bağışlayın, bu, Freydin dil sürüşməsidir, o, (Tramp) son prezident idi. Obama vitse-prezident olduğum zaman prezident idi”.
Freydin dil sürüşməsi, şüuraltında nə gizlədiyini anlamadan danışarkən ağzından çıxması mənasında istifadə olunur.
78 yaşlı ABŞ prezidentinin səhvinə istehza edən Tvitter istifadəçiləri Baydenin Freydin dil sürüşməsinin nə demək olduğunu bilməməsinə də diqqət çəkiblər. Onu həmişə çox yaxın dost kimi qələmə verdiyi Barak Obamaya qarşı mənfi hislər bəsləməkdə günahlandırıblar.