Rusiya və Çin gələn ay 10 min nəfər hərbçinin iştirakı ilə təlim keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Qarşılıqlı əlaqələr-2021" adlı manevr Çində baş tutacaq.
Təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacaq.