"Meşə yanğınları milli fəlakətdir".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında paylaşıb.
“Bütün qurumlarımız əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır. Çalışmalar fasiləsiz davam etdiriləcək” - Kalın qeyd edib.