6 Noyabr 2014 16:33
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti Urmiya gölünün bərpa edilməsi üçün 729 milyard tümən (214 milyon AZN) vəsait ayırıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə hökumətin sözçüsü Mohammad Baqer Novbakht məlumat verib. Onun sözlərinə görə, hökumət artıq bununla bağlı ciddi addımlar atmaq niyyətindədir.

Qeyd edək ki, Orta Şərqdə ən böyük göl olan Urmiya gölü İranda, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin arasında yerləşir. Urmiya və Təbriz rəsmiləri gölün qurumasına görə yaranacaq ekoloji fəlakət barədə narahatlıqlarını bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər