30 İyul 2021 12:31
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Talibanın Əfqanıstandakı fəaliyyətlərindən Pakistan cavabdeh deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib.

Xan paytaxt İslamabadda əfqan jurnalistlərə verdiyi açıqlamada Pakistanda yaşayan Taliban ailələrinə qarşı hər hansı addım atmayacaqlarını, hökumətin Taliban üzvlərinin ailələrini həbs edə bilməyəcəyini söyləyib.

Taliblərin Əfqanıstandakı davranışlarından cavabdehlik daşımadıqlarını deyən İmran Xan Pakistanın Talibanın sözçüsü olmadığını vurğulayıb.

Əfqanların qarşısında iki variantın olduğuna diqqət çəkən baş nazir hərbi seçimin ilk variant olduğunu və Əfqanıstana sülh gətirmək üçün 20 ildir sınanmış bu cəhdin uğursuz olduğunu deyib.

Xan digər seçiminin Taliban və Əfqanıstan hökuməti arasında əhatəli siyasi barışıq olduğunu bildirib.

Digər tərəfdən Xan Əfqanıstanla əlaqədar Hindistanla üçtərəfli dialoqu rədd edərək rəsmi Dehlinin 2019 -cu ildə Cammu və Kəşmirlə bağlı qəbul etdiyi qərarları ləğv etməyincə bunun mümkün olmayacağını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər