Türkiyənin 21 bölgəsində baş verən 63 yanğından 57-si artıq nəzarət altına alınıb, 6 yerdə yanğın davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin kənd Təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.
Nazir yanğınların söndürülməsi üçün təyyarələr və helikopterlərdən aktiv şəkildə istifadə olunduğunu bildirib.
“Hazırda aktiv olan yanğınların söndürülməsində müsbət irəliləyiş var, vəziyyət yaxşıya doğru dəyişir. Meşə sahələrindən istifadə edərkən çox diqqətli olaq, bu günlər yanğınlar üçün son dərəcə həssas günlərdir”, - Pakdərimli qeyd edib.