30 İyul 2021 18:36
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, tanker Oman sahillərində hücuma məruz qalıb. Tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həyatını itirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər