30 İyul 23:27

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 830 774 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 68 nəfər, hazırkı dövrədək isə 129 583 nəfər vəfat edib.


Müəllif: Teleqraf.com