31 İyul 2021 13:44
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Polşanın “Gazeta Wyborcza” nəşrində dərc olunan məqaləsində Rusiya Prezidenti Vladimir Putinin “Rusların və ukraynalıların birliyi” mövzusunda yazdığı məqaləyə cavab yazıb.

Teleqraf.com xəbər verir ki, eks-prezident Putinin nə düşünməsinə əhəmiyyət vermədiklərini bildirib.

Poroşenko hesab edir ki, Ukrayna milləti çoxdan formalaşıb və öz kimliyi ilə bağlı heç bir problemi yoxdur: “Putinin bu barədə tam olaraq nə düşündüyünə əhəmiyyət vermirik”.

O, müxtəlif etnik mənşəli, fərqli konfessiyalar və dilllərə mənsub insanların Ukraynanın bərabərhüquqlu vətəndaşları olduğunu Rusiya liderinin diqqətinə çatdırıb.

Eyni zamanda, materialda ukraynalılarla ruslar arasındakı fərqlər sadalanıb. Poroşenkonun fikrincə, ukraynalılar öz tarixi təcrübələri, dili, mahnıları və rəqsləri, mətbəxi, habelə siyasi mədəniyyəti, insan hüquqlarına münasibəti, geosiyasi istiqamətləri və Avropa sivilizasiyasına mənsubluğu ilə seçilirlər.

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 28-dəki çıxışında rusları və ukraynalıları “çox uzaq qohumlar” adlandırıb. Onun fikrincə, Rusiya Kiyevin rus mirasına iddia etməməlidir, çünki ruslar “əmiuşağı”dır.

İyulun 12 -də isə Vladimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi dərc olunub. O, məqalədə Ukraynanın öz milli şüurunun formalaşmasına görə ruslara borclu olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər