31 İyul 21:17
343

Rusiyanın Xabarovsk vilayətində Su-35S qırıcı təyyarəsi təlim uçuşu zamanı mühərrikin dayanması nəticəsində qəzaya uğrayıb.

Teleqraf.com, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Təyyarənin Oxotsk dənizinin ərazi sularına düşdüyü bildirilir.

Pilotun sağ olduğu qeyd edilir.


Müəllif: Teleqraf.com