31 İyul 2021 23:12
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Xarici işlər naziri Yair Lapid ölkəsinə məxsus gəmiyə edilən hücumun arxasında İranın dayandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir terrorizmi dəstəkləyən İrana beynəlxalq səviyyədə mübarizənin sərtləşdirilməsinin vacib olduğunu deyib.

“İran təkcə İsrailin problemi deyil, həm də hamımıza zərər verən terror, qeyri-sabitlik və dağıdıcılığın mənbəyidir”, - Lapid bildirib.

İranın beynəlxalq gəmiçilik və ticarəti də təhdid etdiyini söyləyən Lapid qeyd edib: “Gəmiçilik azadlığına da zərər verən İran terroru qarşısında heç vaxt susmamalıyıq”.

Nazir İngiltərə Xarici işlər naziri Dominik Raabla davamlı təmasda olduğunu vurğulayıb:

“O, İngiltərə vətəndaşının da öldürüldüyü gəmiyə edilən hücumun şiddətlə cavablandırılması lazım olduğunu söylədi”.

İsrailin “Channel 13” telekanalı Hind okeanında gəmi hücumu ilə bağlı adının çəkilməsini istəməyən yüksək vəzifəli bir İsrail rəsmisinin fikirlərini açıqlayıb.

“İsrail gəmisinin Hind okeanında hədəf alınmasının arxasında İran dayanır. Bu, İranın terror hücumudur, iki günahsız insan öldü”, - İsrail rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər