1 Avqust 2021 10:48
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 mutasiya keçirməyə davam edir, buna görə də hazırda bu qrupa aid edilmiş dörd ştama - "alfa", "beta", "qamma" və "delta"ya əlavə olaraq yeni xüsusilə təhlükəli ştammların ortaya çıxması ehtimalını nəzərə almalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"ÜST COVID-19 pandemiyasına səbəb olan virusun, onun haqqında gələn ilk məlumatlardan bəri dəyişdirildiyini və dəyişməyə davam etdiyi barədə xəbərdarlıq etmişdi. Beləliklə, narahatlığa səbəb olan dörd variant ortaya çıxdı və virus yayılmağa davam etdiyi müddətdə daha çox sayda yeni variant ortaya çıxacaq", - deyə Baş direktor vurğulayıb.

O, bildirib ki, son həftələrdə ÜST-nin altı bölgəsindən beşində yoluxma hallarının sayında qeyd olunan kəskin artım, əhəmiyyətli dərəcədə "ən azı 132 ölkədə aşkar olunan son dərəcə yoluxucu delta-variantı" ilə şərtləndirilib:

"Dünyadakı test səviyyəsini yüksəltmədən, xəstəliklə ön xəttə mübarizə apara bilməyəcəyik. Koronavirusun yeni, daha təhlükəli ştammlarının riskini azaltmaq çətin olacaq.

Sentyabr ayının sonuna qədər dünyanın hər bir ölkəsində əhalinin ən azı 10 faizi, 2021-ci ilin sonuna qədər - ən azı 40 faizi, 2022-ci ilin ortalarına qədər ən azı 70 faizi peyvənd olunmalıdır. İndiyədək dövlətlərin yarısından bir qədər çoxu əhalisinin ən azı 10 faizini, dörddə birindən az hissəsi – 40 faiz və yalnız üç ölkə - 70 faizini peyvənd edib. Vaksinlərin qlobal paylanması hələ də ədalətsiz qalmaqdadır. Bütün ölkələr risk altındadır, lakin Afrikada vəziyyət çox pisdir. Mövcud tendensiya davam edərsə, Afrika ölkələrinin təxminən 70 faizi sentyabrın sonuna qədər 10 faiz vaksinasiya səviyyəsinə çata bilməyəcək. Bu günə qədər dünyada istifadə edilən peyvəndlərin yalnız 2 faizi Afrikanın payına düşüb və bu qitə əhalisinin yalnız 1,5 faizi peyvənd olunub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər