1 Avqust 2021 14:46
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanla sərhəddə, Ədirnədə yaşayan Mehmet Durğun qarşı tərəfdən mülki şəxslərin açdığı atəş nəticəsində həyatını itirib.

Teleqraf.com-un məlumatına görə, Mehmet Durğun dostu ilə miqrantların çayı keçmək üçün istifadə etdikləri qayıqları götürmək üçün Məriç çayındakı adaya gedib.

Həmin vaxt Yunanıstan tərəfindəki mülki geyimli şəxslərlə Türkiyə vətəndaşları arasında mübahisə yaranıb. Mehmet Durğun mübahisə vaxtı Yunanıstan tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Güllə onun üz nahiyəsindən dəyib. Durğun öldükdən sonra dostu kəndə qayıdıb və vəziyyət barədə kənd rəhbərliyinə məlumat verib. Əraziyə göndərilən sərhəd patrulları Durğunun cansız bədənini götürüblər. Durğunun dostu hadisə zamanı Yunanıstan tərəfinə keçmədiklərini, çay üzərindəki qayıqları almaq üçün ora getdiklərini və qarşı tərəfdəki şəxslərlə mübahisə edərkən odlu silahlardan atəşə məruz qaldıqlarını deyib. Prokurorluq hadisə ilə əlaqədar istintaq başladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər