Rusiyada son 24 saat ərzində 22 min 804 nəfər koronavirusa yoluxub, 789 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, test nəticəsi pozitiv çıxanların 8,6 faizində xəstəliyin simptomları müşahidə edilmir.
Ən çox yoluxma halı Moskova, Sankt-Peterburqda qeydə alınıb.
Ölkə rəhbərliyi virusla mübarizədə əhalini vaksinasiyaya çağırıb.
Bu günədək ölkədə ümumi yoluxanların sayı 6 milyon 288 min 677, virusdan ölənlərin sayı isə 159 3352 nəfərə çatıb.
Xəstəliyə yoluxub sağalanların sayı isə 5 milyon 625 min 890 nəfərdir.