1 Avqust 15:34
260

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən yanğınlar yaşayış bölgələrinə yayılıb. Bölgədə evlər boşaldılıb, əhali təxliyə edilir. Üç ev yanıb.

Teleqraf.com xəbər verir ki, iyulun 28-dən etibarən Türkiyənin müxtəlif bölgələrində tüğyan edən 107 yanğın nəzarət altına alınıb. Hazırda qardaş ölkənin iki vilayətinin beş fərqli bölgəsində yanğınlar hələ də davam edir.

Bölgədə əsən güclü külək alovun qısa vaxtda yayılmasına səbəb olub. Yanğının daha şiddətli olduğu İçmələr bölgəsində sahildəki otellərin həyətindəki ağaclar yanıb. Otelin müştəriləri təxliyə ediliblər.

Yanğın səbəbindən Marmarislə İçmələr məhəlləsini birləşdirən əsas yolda hərəkət dayandırılıb. Bölgədə qatı tüstü müşahidə edilir.


Müəllif: Teleqraf.com