Türkiyədə bir neçə gündür meşə yanğınları ilə mübarizənin davam etdiyi vaxtda gözlənilmədən sosial şəbəkədə #HelpTurkey haştağı gündəm olub.
Teleqraf.com “Yeni şafak”a istinadən xəbər verir ki, “Global call” başlığı altında sosial şəbəkələrdə minlərlə hesabdan dünyaya Türkiyəyə yardım çağrışı edilib.
Haştağa dəstək olan bütün hesabların böyük bir hissəsinin Fəthullahçı Terror Təşkilatına (FETÖ) bağlı olduğu diqqət çəkib.
Paylaşımların kim tərəfindən hazırlandığı müzakirə mövzusu olduğu vaxt Türkiyədəki meşə yanğınlarının fərqli istiqamətlərə yönəldiləcəyi şübhəsi yaranıb.
Tvitterdə təşkilatlanmış və koordinasiyalı şəkildə başladılan “Türkiyəyə yardım” mesajlarının yanlış məlumatlarla minlərlə hesabdan paylaşılmasına təpki verən vətəndaşlar bu tələyə düşməmək çağırışını ediblər.