2 Avqust 2021 14:10
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin şərqini öz təsir dairəsinə alan isti hava dalğasının Misirə yaxınlaşdığı və ən azı iki həftə davam edəcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir Meteorologiya Xidməti məlumat yayıb.

“Aralıq dənizində havanın temperaturu ilin bu vaxtı üçün normal səviyyəsini keçib. Misir də daxil olmaqla, bölgə ölkələrində temperatur 40 dərəcəni aşıb. Yüksək temperatur Türkiyədə meşə yanğınlarına yol açıb. Yüksək temperatur iki həftə davam edəcək”, - açıqlamada qeyd olunub.

Təxminlərə görə, bu həftə Misirin paytaxtı Qahirədə 40-42-44, Şarm əl-Şeyx də daxil olmaqla, Sina yarımadasının turizm bölgələrində 42-44 dərəcə istilik olacaq.

Ən yüksək temperatur həftənin sonunda ən populyar turizm şəhərləri Asvan və Luxsorun yerləşdiyi cənub bölgələrində gözlənilir. Burada temperaturun 46 dərəcəyə qədər artacağı təxmin edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər