ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın siyahısını Rusiya səfirliyinə təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.
Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib:
"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək”.