3 Avqust 2021 10:08
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken İranın Oman sahillərində dronla İsrailin neft tankerinə hücum etdiyinə əmin olduqlarını bildirərək, İngiltərə, İsrail və Rumıniya ilə qurulan təmaslara diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi İranın hücumuna birgə cavab veriləcəyini deyib.

“Ötən həftənin cümə günü ticarət gəmisinə edilən hücumu bir daha qınamaq istərdim. Ətraflı araşdırma apardıq və İranın bu hücumu həyata keçirdiyinə əminik”, - Blinken vurğulayıb.

O, İrana birgə cavabın verilməsi üçün ABŞ -ın İngiltərə, İsrail, Rumıniya və digər müttəfiqlərlə birlikdə çalışdığını söyləyib: “İngiltərə, İsrail və Rumıniya ilə sıx təmasdayıq və koordinasiyalı çalışırıq. Hücuma birgə cavab veriləcək”.

İyulun 31-də Oman sahillərində İsrail bayrağı altında üzən neft tankerinə hücum edilib. Hücum nəticəsində gəmidə İngiltərə və Rumıniyadan olan 2 ekipaj üzvü həlak olub. İsrail, İngiltərə və ABŞ hücumda İranı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər