Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsi icra edən Hikmət Hacıyev Ukraynada keçirilmiş seçkilərlə əlaqədar Trend-in sorğusuna cavab olaraq səsləndirib.
O bildirib ki, Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı dırnaqarası seçkiləri tanımır.
Qeyd edək ki, beynəlxalq tənqidlərə baxmayaraq, Ukraynanın şərqindəki separatçılar qondarma “Donetsk xalq respublikası” və “Luqanks respublikası”nın “xalq şuraları”na seçkilər keçiriblər.