3 Avqust 2021 15:44
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun mənbəyi hesab olunan Çinin Uhan şəhərində yenidən koronavirusa yoluxma halı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, 11 milyon əhalisi olan Uhan şəhərində bir ildən sonra 7 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Çində son 10 gündə 300 nəfər virusa yoluxub.

Mütəxəsisslər yeni yoluxma hallarını Delta ştammı və turizm mövsümü ilə əlaqələndirir.

Bu səbəblə də ölkə rəhbərliyi kütləvi COVID testlərinin aparılması və karantin tədbirlərinin tətbiq olunmasını qərara alıb.

Çinin Nanjing şəhərində hava limanı işçiləri arasında virusun yayılması ölkədə təvişə səbəb olub. Buna görə də şəhərdə yaşayan 9,2 milyon şəxs 3 dəfə COVID-19 testi verib.

Həftə sonu isə Hunan əyalətinin Zhangjiajie bölgesində virusa yoluxma halları artıb. Paytaxt Pekində də yoluxma halları qeydə alınıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər